Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl
Federasiya tərəfindən təsdiqlənib

Sədr və baş məşqçiOrdubad Alpaqut Filialı

Hacıyev Əli Abbas oğlu

Ordubad · Ordubad şəh. Səməd Vurğun küç.Ordubad Peşə və Sürücülük Məktəbinin zalı.

Səhifəni paylaş
Hacıyev Əli Abbas oğlu — Alpaqut çapanında III SAN
TUN YARĞAN (III SAN)
İdmanda
34 il
Məşqçilikdə
28 il

Vəzifələri

  • Azərbaycan Alpaqut Federasiyasının İdarə Heyətinin üzvü
  • Naxçıvan nümayəndəliyinin sədri
  • Ordubad Alpaqut Filialının sədri və baş məşqçisi

İdman bioqrafiyası

Döyüş idman növləri ilə 14 yaşımdan məşğulam. Əvvəl şotokan karate, sonra şərq təkbətək döyüş növlərinin bir neçəsi, eləcə də şərq sağlamlıq gimnastikası və fəlsəfəsi ilə məşğul olmuşam, zaman-zaman döyüş sənətlərini tədris etmişəm.

Alpaqut Turan Döyüş Sənəti ilə 2015-ci ilin sonlarında Facebook vasitəsilə tanış olmuşam. Həmin ildən alpaqutçulara qoşularaq bu milli döyüş sənətinin inkişafı, yayılması və tədrisi ilə məşğulam.

Alpaqutda yaş məhdudiyyəti, demək olar ki, yoxdur, amma əsas tədris 7–45 yaş arasında aparılır.

Alpaqutu tədris edərkən milli ruha (Törə) və fəlsəfəyə, yüksək əxlaqa, mərdliyə və vətənpərvərliyə əsaslanıram. Tələbəyə funksional güc, fiziki hazırlıq, dözüm, döyüş yöndəmlərinin dəqiq, sürətli və çevik yerinə yetirilməsi öyrədilir.

TəhsilOrta texniki təhsil

Bu məşqçiyə yazıl

Məşq keçdiyi yer

Ordubad Alpaqut Filialı — Alpaqut filialı FilialOrdubad Alpaqut FilialıOrdubad · Ordubad şəh. Səməd Vurğun küç.Ordubad Peşə və Sürücülük Məktəbinin zalı.

Məşq cədvəli

5–35 yaşAylıq 40 AZN B.e.Ç.a.Ç.C.a.C.Ş.B. 15:00 – 17:00