Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl
Federasiya tərəfindən təsdiqlənib

Sədr və baş məşqçiCəlilabad Alpaqut Filialı

Nuriyev Asif Nazir oğlu

Cəlilabad · Cəlilabad rayonu, Heydər Əliyev prospekti, Füzuli küçəsi

Səhifəni paylaş
Nuriyev Asif Nazir oğlu — Alpaqut çapanında ÜSTÜNGÜ
BUYRUKALP (ÜSTÜNGÜ)
İdmanda
31 il
Məşqçilikdə
22 il
Aylıq məşq haqqı
20 AZN

Vəzifələri

  • Cəlilabad Alpaqut Filialının sədri və baş məşqçisi

İdman bioqrafiyası

Asif Nuriyev 12 yaşından idmanla məşğul olmağa başlamışdır. İlk addımlarını kikboksinq və karate döyüş növləri üzrə atmış, 2016-cı ildən isə Alpaqut Turan Döyüş Sənəti ilə tanış olmuşdur. Bu aləmdə ilk bilik və bacarıqlarını Vasif Namazovdan mənimsəyərək, sonrakı illərdə peşəkar məşqçilik istiqamətində özünü inkişaf etdirmişdir.
Uzun illər ərzində Alpaqut sahəsində qazandığı zəngin təcrübəni gənc idmançıların inkişafına yönəltmişdir. Məşqçilik fəaliyyəti boyunca müxtəlif yaş qruplarından olan idmançıların hazırlanmasında fəal iştirak etmiş və 10 illik fəaliyyəti ərzində Alpaqut üzrə bir çox Azərbaycan çempionunun yetişdirilməsinə öz dəyərli töhfəsini vermişdir.
Hazırda 4–17 yaş aralığında olan uşaq və yeniyetmələrlə məşq keçir. Təlim prosesində yalnız fiziki hazırlığa deyil, eyni zamanda idmançıların şəxsiyyət və xarakterinin formalaşmasına xüsusi önəm verir. Əsas prinsipləri nizam-intizam, məsuliyyət, qarşılıqlı hörmət və vətənpərvərlik ruhunun aşılanmasıdır.
Əsas məqsədi yetişdirdiyi idmançıların yalnız yarışlarda yüksək nəticələr göstərməsi deyil, həm də cəmiyyətə faydalı, intizamlı, məsuliyyətli və vətənpərvər gənclər kimi formalaşmasına dəstək olmaqdır.

TəhsilTam orta

Bu məşqçiyə yazıl

Məşq keçdiyi yer

Nuriyev Asif Nazir oğlu — Alpaqut məşqçisi FilialCəlilabad Alpaqut FilialıCəlilabad · Cəlilabad rayonu, Heydər Əliyev prospekti, Füzuli küçəsi

Məşq cədvəli

4–17 yaşAylıq 20 AZN B.e.Ç.a.Ç.C.a.C.Ş.B. 19:30 – 21:30