Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

İraq Gənclər və İdman Naziri Dünya Alpaqut Federasiyasının nümayəndə heyyətini qəbul etdi.

· 2 dəqiqəlik oxu

431514557 18417644677059896 8568311697082093568 n
431514557 18417644677059896 8568311697082093568 Nİraq Gənclər və İdman Naziri Dünya Alpaqut Federasiyasının nümayəndə heyyətini qəbul etdi.
8 – 13 mart 2024 cü il tarixləri arası İraq Respublikasının Gənclər və İdman Nazirliyinin, İraq Alpaqut Federasiyasının dəvətilə Dünya Alpaqut Federasiyasının nümayəndə heyyəti İraq respublikasının paytaxtı Bağdad şəhərinə səfər etmişdir.
9 mart 2024 cü il tarixində,Bağdad şəhəri Qılqamış Universitetinin İdman kompleksində Alpaqut döyüş sənəti üzrə texniki seminar, məşqçilər və hakimlər seminarı keçirildi. Seminar Alpaqut döyüş sənətinin qurucusu Vasif Namazov və onun asistenti Rafiq Qasımov tərəfindən keçirildi.
431199465 18417644803059896 5032470817770172670 N10 mart 2024 cü il tarixində,İraq Olimpiya Komitəsində Alpaqut idmanı ilə bağlı təqdimat keçirildi. İlk öncə İraq Olimpiya Komitəsinin Baş katibi cənab Haitham Abdel Hamid Dünya Alpaqut Federasiyasının nümayəndələri qarşılayaraq onlara xoş gəldin dedi, daha sonra isə təqdimat mərasimi başladı.Təqdimat mərasimində Dünya Alpaqut federasiyasının idarə heyətinin sədri Vasif Namazov, və idarə heyətinin üzvü Rafiq Qasımov, DAF vitse prezident Emil Rəhimov, İraq Alpaqut Federasiyasının vitse- prezidenti Mohammed Mohi iştirak edərək Alpaqut idman növünün beynəlxalq arenada uğurlarından, gələcək layihələrindən söz açdılar və sualları cavablandırdılar və daha sonra 9 mart 2024 cu il tarixində keçirilən seminar iştirakçılarına iştirakçı sertifikatları təqdim edildi.
431198436 18417644653059896 2208958469552392890 N11 -12 mart 2024 cü il tarixində, İraq Alpaqut Federasiyası və Dünya Alpaqut Federasiyasının nümayəndə heyəti beynəlxalq yarış standartlarına cavab verən idman komplekslərinə baxış həyata keçirərək növbəti illərdə Bağdadda Asiya çempionatının keçirilməsi üçün qərarlar aldı.
13 mart 2024 cü il tarixində, İraq Respublikasının Gənclər və İdman Naziri cənab Əhməd Əl Mubarka Dünya Alpaqut Federasiyasının nümayəndə heyətini qəbul etdi. Görüş zamanı təşkil olunan seminar, təqdimat mərasimi və gələcəkdə İraqda keçiriləcək beynəlxalq yarış layihələri müzakirə edildi. Dünya Alpaqut Federasiyasının vitse prezidenti Emil Rəhimov federasiyanın prezidenti, millət vəkili Jalə Əhməovanın salamlarını və dəvətə görə təşəkkürlərini bildirdi.
431237794 18417644761059896 5673327066846492603 N431555192 18417644743059896 6387394155643817442 N431561998 18417644728059896 3840390893792781540 N431200037 18417644707059896 1577298036485792040 N431447884 18417644695059896 777941178202958499 N

Bu tədbirin bütün fotoları (8)

Paylaş: Facebook WhatsApp Telegram X