Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Bakıda döyüş növləri üzrə “Prezident Kuboku” uğrunda yarış keçiriləcək

· 1 dəqiqəlik oxu

IMG 20191221 143238

Dekabrın 22-də Azərbaycan Döyüş Federasiyaları Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “Sərhədçi” İdman Olimpiya Mərkəzində “Prezident Kuboku” uğrunda yarış keçiriləcək.

ADFA-nın baş katibi Vasif Namazovun  verdiyi məlumata görə, üç gün davam edəcək yarışda 11 döyüş federasiyasının idmançıları medallar uğrunda mübarizə aparacaq.

Turnirdə Azərbaycan da daxil olmaqla 11 ölkədən 900-dən artıq idmançı qüvvəsini sınayacaq.

Alpaqutlarda bu yarışda Aypara,Batur,Caymaz və Qurşaq sistemlərinin hər birində beş çəkidə,həmçinin Kaçut sistemində (taktik özünü müdafiyyə) yarışaraq qüvvələrin sınayacaqlar.

Bu tədbirin bütün fotoları (3)

Paylaş: Facebook WhatsApp Telegram X