Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Azərbaycan Alpaqut Federasiyasıı yen prezidenti kimdir ?

· 1 dəqiqəlik oxu

Qutret

AAF-nin Mətbuat Xidməti Federasiyanın yeni seçilmiş prezidenti haqqında məlumat yayıb. Həmin məlumata görə Qüdrət Nüsrət oğlu Nuriyev – 1982 ci ildə Bakı şəhərində dünyaya gəlib. 1999-cu ildə Bakı şəhər 164 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi fakültəsinə daxil olmuş və 2003-cü ildə həmin ixtisas üzrə ali təhsilini bitirmişdir. 2004 – cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın Hüquqi Tənzimlənməsi ixtisası üzrə Magistr dərəcəsi almışdır. 2004–2011- ci illərdə “Kapitalbank” ASC -də müxtəlif vəzifələrdə çalışmışdır. 2011- ci ildə isə “Le Tour” MMC-ni təsis etmişdir və hazırda həmin şirkətin rəhbəridir.

Ötən ildən Azərbaycan Alpaqut Federasiyasının I vitse prezidenti idi. Ailəlidir, bir qız övladı var.

Fererasiya prezidenti seçilməkdə məramı: “Alpaqut Federasiyasını öz qədim ənənələri üzərində müasir tələblərə cavab verən bir Federasiyaya çevirməyə çalışmaq.”

Paylaş: Facebook WhatsApp Telegram X