Məzmuna keç
Azərbaycan Alpaqut
FederasiyasıRəsmi sayt
Məşqə yazıl

Alpagut İdmançıları IV Milli Yaylaq Festivalında Aktiv İştirakı ilə İctimai Marağı Artırdı

· 3 dəqiqəlik oxu

534725721 18514154875059896 5330765508270572746 n
15-17 Avqust 2025 – ci il tarixində, Göygöl rayonu, Xan Yurdu etno qəsəbəsində, “Cavad xan” Tarix və Mədəniyyət Fondu tərəfindən təşkil olunan IV Milli Yaylaq Festivalında Alpagut idmançıları, idman və milli oyunlar sahəsində öz unikal təqdimatları ilə diqqət mərkəzində oldular. Festival iştirakçıları qədim Azərbaycan ənənələrini yaşadan yarışların şahidi oldular və bu anlar qonaqlarda unudulmaz xatirələr yaratdı.
Festivalda Azərbaycan Gənclər və İdman naziri Fərid Qayıbov, Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğan, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgünlə yanaşı, digər rəsmilər, eləcə də ölkənin mədəni-ictimai şəxsləri, media mənsubları və başqa qonaqlar iştirak edirdilər.
Festival çərçivəsində Alpagut, özünün zəngin mədəni irsini, fiziki güc və mental disiplini birləşdirdiyi idman növü ilə iştirak etdi. Az yaşlı idmançılardan ibarət ənənəvi oxatma üzrə komanda atışlarında, böyüklərdən ibarət fərdi oxatma atışlarında və özünümüdafiə Kaçut sistemi üzrə nümunəvi çıxışları ilə diqqət çəkdilər. Alpagut idmançıları eyni zamanda festivalın həyəcanlı bədii hissəsində də aktiv iştirak ediblər.536596036 1176053334553609 1367524661559894471 n
534380699 18514154866059896 4458406952584810792 nBelə ki, açılış mərasimində Alpagut üzrə Məşqçi Təlimatçı Abdulla İsmayılov dəmirçi rolunu ifa edib, Beynəlxalq EtnoSpor Konfederasiyasının Prezidenti Bilal Ərdoğan ilə birlikdə ağır çəkiclə dəmir döyüb. Daha sonra Alpagut Federasiyasının digər məşqçi təlimatçısı Cəfər Cəfərsoy, qonaqlar qarşısında Cavadxan obrazını canlandııb, Alpagut idmançıları onun döyüşçüləri rolunu ifa ediblər.
Hər il olduğu kimi, Alpagut idmançıları qədim Türk çadırlarında qalaraq, qidalanma prosesini təbiətin qoynunda açıq havada təşkil etdilər. Bu, onların qədim mədəniyyətlə əlaqələrini daha da gücləndirərək, festivalın ruhunu yaşatdı.536272904 1176052974553645 1078706806537690851 n
Alpagut, yalnız bir idman növü olmaqla kifayətlənmir, eyni zamanda sağlam həyat tərzinin təşviqinə də xidmət edir. Festivalda nümayiş olunan yarışlar, iştirakçıların və izləyicilərin milli oyunlara olan marağını artırdı və yerli icmanın birliyini gücləndirdi.
Festivalın həyəcanlı anları, iştirak edən hər kəsin yaddaşına həkk olundu. Alpagut idmançıları, öz mükəmməl performansları ilə qonaqlardan böyük alqışlar aldılar və festivalın ruhunu daha da canlandırdılar.
536174178 18514154848059896 8111050620988312271 nAlpagut Federasiyası Milli Yaylaq Festivalının müəllifi və “Cavad xan” Tarix və Mədəniyyət Fondunun prezidenti Müzadil Həsənov başda olmaqla, festivalın bütün dəstəkçi təşkilatçılarına, Gənclər və İdman Nazirliyi, Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA), Dünya Etnoidman Konfederasiyası, Göygöl Rayon İcra Hakimiyyəti, Kənd Təsərrüfatı Nazirliyi, KOBİA, Dövlət Turizm Agentliyi və Bakı Şəhər Halqası ƏŞ təşkilatçılara və dəstək olan hər kəsə təşəkkür edirik.

Bu tədbirin bütün fotoları (8)

Paylaş: Facebook WhatsApp Telegram X