IMG_41426783725306Azərbaycan Alpaqut Federasiyası 25 may 2014-cü tarixində  Respublika gününə həsr olaraq  Şağan idman olimpiya kompleksində Alpaqut Turan döyüş sistemləri üzrə Bahadır Oyunlarına yekun vurdu.

Yarışın məhz 28 may respublika günü ilə əlaqədar olaraq keçirilməsində məqsəd gənclərimizi vətənə məhəbbət ruhunda tərbiyə olunması və dövlətçilik  düşüncəsinin formalaşdırılmasına xidmət edirdi.

Yarış Alpaqut döyüş sənətinin Aypara,  Batur və Caymaz sistemləri üzrə keçirilirdi. Yarışda Bakının Suraxanı,  Binəqədi,  Nərimanov komandaları, Sumqayit,  Ağcabədi,  Ağdam, Ağsu,  Qazax, Ağstafa, Xaçmaz, Şabran, Quba və Kempo-Toğrul idman klubu, Qarabağ klubu,  Qartal peşəkar idman klubu  olmaqla 150 dən çox idmançı iştirak edirdi.

Qaliblər komanda hesabında Aypara sistemi üzrə Suraxanı 1-ci yer,  Xaçmaz 2 – ci yer,  Nərimanov 3 cü yer,  Batur sistemi üzrə Sumqayıt  1-ci yer, Toğrul idman klubu 2

– ci yer, Neftçala 3-cü yer, Caymaz sistemi üzrə Qartal Qarabağ 1-yer, Qaradağ 2 – ci yer, Ağsu 3-cü yeri qazandı.

 Yarışı Federasiyanın vitse prezidentləri Elşən Məmmədov, Anar Əliyev, Yaqub Ibrahimov və Texniki Direktor Anar Bayramov tərəfindən yaradılmış təşkilat komitəsi həyata keçirirdi.