1381856_581822695211005_1073607770_n6 oktyabr 2013- cü il, Federasiyada toplantı keçirildi. Toplantıda Federasiyanın idarə heyyətinin üzvləri, Vitse prezidentlər, Müəllim və hakimlər iştirak edirdi.

İdarə heyyətindən İştirak edirdilər:

Abdurrəhmanov Asiman,  Vəliyev Sunay ,  Əliyev Anar

Federasiya rəhbərliyindən

Federasiya prezidenti – Vasif Namazov,  Vitse-prezident– Fərid Əlizadə, Vitse-prezident–  Musa Abdullayev

Texniki direktor– Elşən Məmmədov ,  Hakimlər Komitəsinin rəhbəri – Anar Bayramov,

Hakim və müəllimlər                  

Orxan Əliyev, Mərdan Vəliyev, Rəfail Əliyev , Qismət Məmişov, Rac Abdullayev

Gündəlikdə duran məsələlər :

  1. Hakimlər komitəsinin ümumi bazasının formalaşması
  2. Növbəti il üçün təqvim planının hazırlanması
  3. Respublikanın reqionlarında seminarların çoxalması  və yeni filialların yaranması üçün proqramın tutulması
  4. Beynəlxalq Turnirində yüksək səviyyədə iştirak üçün hazırlıq
  5. Respublika çempionatının vaxtının təyin olunması və qüsurların aradan qaldırılması və
  6. Yarışlar zamanı müəllimlərin, hakimlərin və eləcədə bütün iştirakçıların hüquqlarının qorunması, eyni zamanda təhlükəsizlik qaydalarının təmin olunması
  7. Prezident seçkiləri ilə bağlı  Federasiyanın mövqeyi açıqlansın

 Gündəlikdə duran məsələlər ayrı-ayrılıqda müzakirə olunaraq qərara alındı:

  1. Hakimlər Komitəsi Beynəlxalq hakimlik qaydaları üzrə yeni hakimlərin hazırlanması üçün kurslar təyin olunsun və kurslar Baş Hakim Vasif Namazov və hakimlər komitəsinin sədri Anar Fərəcov tərəfindən aparılsın;
  2. Növbəti il üçün nəzərdə tutulan beynəlxalq yarışlar və eləcədə federasiyanın və yerli filialların keçirmək istədikləri yarışlar təqvim planına daxil edilsin və təsdiq olunması üçün idman nazirliyinə göndərilsin;
  3. Respublikanın digər regionlarında milli döyüş sənətinin inkişafı üçün bütün imkanlar səfərbər olunsun və yeni təbliğat metodları hazırlansın;
  4. 23-24 Noyabr 2013-cü ildı Gürcüstanda keçiriləcək beynəlxalq turnirdə iştirak etmək  üçün Oktyabrın 20-də Qazaxda keçiriləcək respublika türnirindən bacarıqlı idmançılar seçilərək təyin olunsun və hazırlıqlara başlanılsın;
  5. Respublika Çempionatı 22dekabr 2013 cü il tarixinə təyin edilsin, qalib komandaya pul mukafatı ayrilsin və texniki qüsurların aradan qaldırılması istiqamətində,  hakimlər komitəsi, texniki direktor, hüquqi məsələlər üzrə vitse-prezident, nizam intizam komitəsi, 1-ci vitse prezidentdən ibarət təşkilat komitəsi yaradılsın və hazırlıqlara başlanılsın;
  6. Yarışlar zamanı yarış əsasnaməsinə reayət etməyən,  təhlükəsizlik geyimlərinə ( kaska, ayaq qoruyucusu, xaya qoruyucusu, sinə qoruyucusu, əlcək, kapa ) reayət etməyən komanda yarışa buraxılmasın. Eyni zamanda yarışda hər hansısa bir etiraz qeyri etik davaranışlar şəklində olunarsa müəllim və komanda yarışdan çıxarılsın və onun federasiyada qalmaq məsələsi müzakirəyə çıxarılsın;
  7. 9 oktyabr 2013-cü ilAzərbaycan Respublikası Prezidenti postuna keçiriləcək VII rəsmi seçkidə Yeni Azərbaycan Partiyasının namizədi İlham Heydər oğlu Əliyevin namizədliyini dəstəklənməsini  Federasiyanın informasiya resuslarından istifadə edərək nümayiş etdirsin.

Təsdiq etdilər: Federasiya Prezidenti – Vasif Namazov , Vitse-prezident- Fərid Əlizadə, Vitse-prezident-  Musa Abdullayev, Texniki direktor- Elşən Məmmədov , Hakimlər Komitəsinin rəhbəri – Anar Bayramov, Nizam intizam komitəsinin rəhbəri- Qismət Məmişov