
Qazaxıstanın Azərbaycandakı səfirliyində Azərbaycan dilində nəşr edilmiş “Alaş Orda. Qazax dövlətçiliyinin tarixində əhəmiyyəti” adlı elmi məqalələr toplusunun təqdimatı olub. Tədbir zamanı, həmçinin böyük Azərbaycan şairi və dramaturqu Hüseyn Cavidin qazax dilində nəşr olunmuş şeirlərindən ibarət kitabı təqdim edilib.
Tədbirdə rəsmi şəxslər, deputatlar, diplomatlar, alimlər, jurnalistlər və başqaları iştirak ediblər.
Tədbirdə Alpaqut Turan döyüş sənətinin qurucusu, Beynəlxalq dərəcəli idman ustası, Türk Savaş Sənətləri üzrə araşdırmaçı Kutsan Vasif Namazov da iştirak etmişdir. O, Qazaxıstanın Bakıdakı səfiri, hörmətli Beybit İsabayev ilə tanış olaraq Alpaqut haqqında səfirə məlumat vermişdir. Səfir öz növbəsində çox şad olduğunu bildirmiş və Kutsan Vasif Namazovla yeni 2019 ilin ilk aylarında Alpaqut Federasiyası ilə birgə rəsmi görüş keçirilməsi ilə bağlı anlaşmışlar.