
07.12.2018 ci il tarixində, Azərbaycan Respublikasının Gənclər və İdman naziri Azad Rəhimov Biləsuvarda rayonunda vətəndaşları qəbul edib. Saat 10.00-da, Gənclər evində baş tutan qəbulda Ağcabədi, Beyləqan, Biləsuvar və İmişli rayon sakinləri iştirak ediblər.
30-a yaxın vətəndaşın qatıldığı görüşdə müraciətlər, gənclər, idman və digər sahələri əhatə edib. Gənclər sahəsi ilə bağlı müraciətlər sırasında Qeyri Hökumət Gənclər Təşkilatlarının yaradılmasına dəstək göstərilməsi, gənclərlə bağlı müxtəlif layihələrin maliyyələşdirilməsi, gənclərin beynəlxalq layihələrdə iştirakı, yay- qış istirahət düşərgələrinin sayının artırılması, Gənclər Mərkəzlərinin müvafiq avadanlıqlarla təmin edilməsi və fəaliyyəti olub.
Fəxri adların verilməsi, idman mərkəzlərinin idman avadanlıqları ilə təmin olunması, yeni Olimpiya İdman Komplesklərinin, idman mərkəzlərinin tikintisi və s mövzular idman sahəsi üzrə edilən müraciətlər olub.
Bir sıra müraciətlər yerindəcə həllini tapıb. Araşdırılması tələb edilən məsələlər isə aidiyyatı qurumlara göndərilməsi üçün nəzarətə götürülüb.
Görüşdə Azərbaycan Alpaqut Federasiyasının Ağcəbədi Filialının sədri, Alpaqut üzrə Dünya çempionu Elsəvər Puri də iştirak edib. O, cənab nazirə qəbul üçün təşəkkürünü bildirdikdən sonra, idman ustalığına namizədliyi ilə bağlı müraciət edib. İdman naziri Azad Rəhimov Puri Elsəvəri dünya çempionu olmağı münasibəti ilə təbrik etdikdən sonra ona idman ustalığına namizədliyinin normativləri uyğun olaraq verilməsini qeyd edərək bu məsələni diqqətə alacağını qeyd edib.