
Görüş zamanı 2019-cu ilin tədbirlər planı müzakirə edilmiş, Alpaqut idman növü üzrə Bakı şəhərində yarışlarının keçirilməsinin təşkili və bu idman növünün təbliği ilə əlaqədar fikir mübadiləsi aparılmışdır. Sonda Alpaqut Fdedrasiyasının prezidenti Qüdrət Nuriyev Baş İdarənin rəisi Raqif Abbasovu, rəis müavini Rəşad Əliyevi və bu idman növünün şəhər üzrə kuratoru Cəlil Əlizadəni fəxri diplomlarala təltif etmişdir.

Bakı şəhər Gənclər və İdman Baş İdarəsində Azərbaycan Alpaqut Federasiyasının rəhbərliyi ilə görüş keçirilib. Görüşdə Baş İdarənin rəisi Raqif Abbasov, rəis müavini Rəşad Əliyev, kütləvi bədən tərbiyəsi şöbəsinin baş məsləhətçisi Cəlil Əlizadə, Alpaqut Federasiyasının prezidenti Qüdrət Nuriyev, Alpaqut Turan döyüş sənətinin müəllifi, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov, Federasiyanın regional inkişaf üzrə vitse-prezident Rafiq Qasımov iştirak etmişdir.