Alpaqut — Turan coğrafiyasında yaşayan, Türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim Türklərin döyüş mədəniyyətini, müasir döyüş sənəti üzərində konsepsiyalaşdıran, dərin fəlsəfi ideoloji mənası olan və sirli qalan milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür.
SAĞLAM GƏNCLİK
Ölkəmizin idmandakı uğurları gənclərimizi sağlam mühitdə böyüməyə və yetişməyə sövq edir. Biz də bu sahədə milli idman növü olaraq gənclərimizin yanındayıq.
FİZİKİ HAZIRLIQ
İdmanın ən önəmli xüsusiyyətləri fiziki hazırlıqdır. Alpaqutun xüsusi sertifikatlar əldə etmiş müəllimləri bunun üçün var gücləri ilə çalışırlar. Onlara 5000+ tələbə güvənir.
ÖZÜNÜMÜDAFİƏ
Gündəlik həyatımızın hər parçasında təhlükəli anlarla qarşılaşa bilərik. Bundan heç kim sığortalanmayıb. Alpaqut özünümüdafiədə ən üst səviyyədə təlimlərə dəvət edir.
Alpaqut turan döyüş sənəti bütün qanuni prosedurlarla Azərbaycan Respublikasında idman növü kimi qeydiyyata alınıb. Böyük çöldə yaşayan qədim türk xalqlarının mədəni irsinə aid olan “Alpaqut” adı, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyinin 14.10.2014-cü il tarixli № 37 saylı rəsmi icazəsi ilə bu idman növünün müəllifi, Köçəri və türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Namazov Vasif İmranoğlunun istifadəsinə verilmişdir.
Tural Abasquliyev federasiya rəhbəri seçildi
25 Sentyabr 2025
Dünya Alpagut Federasiyasının yeni İcrayə Komitəsi formalaşdı
22 Sentyabr 2025
Alpaqut: İdman yolu ilə daxili sülhə
26 May 2025
Azərbaycan Respublikasının Prezidenti
Heç bir vətəndaş ictimai-siyasi həyata biganə qalmamalıdır.
Azerbaycan Respublikasının Birinci vitse-prezidenti


























